Rusiyada maraqlı oğurluq: 2,5 tonluq meteoriti Britaniyaya aparmaq istədilər
Dünya
116
17:10, Bu gün

Rusiyada maraqlı oğurluq: 2,5 tonluq meteoriti Britaniyaya aparmaq istədilər

Gömrük əməkdaşları 2.5 tondan çox ağırlığı olan Aletay meteorit parçasının Rusiyadan Böyük Britaniyaya qanunsuz ixracının qarşısını alıblar.

Moderator.az-ın "İzvestiya" nəşrinə istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Gömrük Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, meteorit Sankt-Peterburq limanında dəniz konteynerinin skanerdən keçirilməsi zamanı aşkar edilib.

 

Müəyyən edilib ki, parça Rusiyaya Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrindən birindən idxal edilib. Onu ixrac etməyə cəhd edərkən landşaft dizaynı üçün heykəl kimi təqdim edilib. Ətraflı yoxlama zamanı məlum olub ki, yükün mənşəyi və dəyəri bəyannamədə göstərilən məlumatlardan fərqlidir.

 

 

Link kopyalandı!
Son xəbərlər