Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqlar başa çatıb.
Moderator.az "İzvestiya"ya istinadən bildirir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Diana Davityan məlumat verib.
"Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqların ikinci mərhələsi başa çatdı", - deyə o, qeyd edib.
Konkret nəticələr barədə isə məlumat açıqlanmayıb.
Bununla belə, bu gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff isə münaqişənin həlli ilə bağlı ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqları "ətraflı və məhsuldar" adlandırıb.
O, həmçinin müzakirələrin qarşıdakı həftələrdə davam edəcəyini qeyd edib. Bundan əlavə, Uitkoff danışıqlara ev sahibliyi etdiyinə görə BƏƏ-yə və ABŞ Prezidenti Donald Trampa minnətdarlığını bildirib.