Moskvada
Dünya
169
16:50, Bu gün

Moskvada "Regnum" və "İzvestiya" redaksiyalarının yerləşdiyi binada yanğın baş verib

Moskvanın cənubundakı biznes mərkəzində baş verən yanğın səbəbindən "Regnum" informasiya agentliyinin redaksiyası təxliyə edilib.

Moderator.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə agentliyin baş redaktoru Marina Axmedova məlumat verib.

"İşi dayandırdıq, hamımız qaçıb çıxdıq. Hazırda yanğını söndürürlər. Təxliyə dərhal həyata keçirilib", - o qeyd edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt üzrə baş idarəsindən bildirilib ki, hadisə yerində yanğın-xilasetmə qüvvələri işləyir.

KİV-in məlumatına görə, binada "İzvestiya" qəzetinin redaksiyası da yerləşir.

Link kopyalandı!
Son xəbərlər