17:55
1°C
Bakı
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində iki tankeri saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, gəmilərin göyərtəsində bir milyon litrdən çox qaçaqmalçılıq yolu ilə daşınan yanacaq aşkar edilib.
Agentliyin məlumatına görə, SEPAH iki gəminin bütün heyət üzvlərini - ümumilikdə 15 nəfəri həbs edib, onların arasında İran vətəndaşı yoxdur.