01:13
0°C
Bakı
Braziliyanın "Kruzeyro" və "Atletik" komandalarının keçmiş futbolçusu Vitao 22 yaşında vəfat edib.
Moderator.az bu barədə "Metropoles" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, oyunçu güllə yarası ilə çatdırıldığı xəstəxanada dünyasını dəyişib. Onun Maseyo şəhərində güllələndiyi bildirilir.
Vitaonun karyerasındakı son klubu Braziliyanın "Santos" komandası olub.