Rubio: ABŞ-İran danışıqları zamanı Tehranın raket arsenalı da müzakirə olunacaq
Dünya
136
22:15, Bu gün

Rubio: ABŞ-İran danışıqları zamanı Tehranın raket arsenalı da müzakirə olunacaq

“ABŞ və İran arasında mənalı danışıqlara Tehranın raket arsenalı və digər məsələlər daxil olacaq. Tehran raketlərini deyil, yalnız nüvə proqramını müzakirə edəcəyini, bildirib”.

Moderator.az “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio deyib.

"Əgər iranlılar görüşmək istəyirlərsə, biz hazırıq. Lakin danışıqlara nüvə məsələsindən əlavə, İranın ballistik raketlərinin mənzili, Yaxın Şərq ətrafındakı qruplara dəstəyi və öz xalqına qarşı rəftarı da daxil olacaq”.

Link kopyalandı!
Son xəbərlər