Pekin Aİ-ni diskriminasiyada ittiham edir
Dünya
250
16:50, Bu gün

Pekin Aİ-ni diskriminasiyada ittiham edir

Çin Avropa İttifaqının külək generatorları istehsal edən "Goldwind" şirkətinə qarşı başlatdığı araşdırmanı diskriminasiya və proteksionizm aktı kimi qiymətləndirib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Tsyan bildirib.

Onun sözlərinə görə, Aİ tez-tez birtərəfli ticari-iqtisadi alətlərdən istifadə edərək, Çin şirkətlərinə qarşı diskriminasiya xarakterli və məhdudlaşdırıcı tədbirlər görür.

Bunun Avropa İttifaqının imicinə ciddi zərər vurduğunu qeyd edən L.Tsyan qurumu bazar açıqlığı və ədalətli rəqabət prinsiplərinə əməl etməyə, ticarət mexanizmlərindən sui-istifadəni dayandırmağa çağırıb.

O, Çinin öz şirkətlərinin qanuni hüquqlarını və mənafelərini qətiyyətlə müdafiə edəcəyini vurğulayıb.

Qeyd edək ki, Avropa Komissiyası fevralın 3-də "Goldwind" şirkətinə qarşı rəsmi araşdırmaya start verdiyini açıqlayıb. Öz istehsal sahəsində dünya bazarının 15 faizindən çoxuna nəzarət edən şirkət xarici dövlət subsidiyalarından, güzəştli kreditlərdən və vergi imtiyazlarından faydalandığı iddia olunur.

Aİ hesab edir ki, bu hal ədalətsiz rəqabət üstünlükləri yaradır və birliyin daxili bazarına zərbə vurur.

Araşdırmaya hələ 2024-cü ildə məlumatların ilkin toplanması ilə start verilib.

Qanun pozuntuları təsdiqlənərsə, Avropa Komissiyası şirkətə qarşı əlavə tədbirlər və ya müxtəlif rüsumlar tətbiq edə bilər.

Daha əvvəl oxşar mexanizmlə Çin elektromobillərinə rüsumların tətbiqi Aİ-Çin münasibətlərində gərginliyə səbəb olmuşdu.

Link kopyalandı!
Son xəbərlər