18:43
0°C
Bakı
Nigeriyanın şimalında terrorçuların hücumu nəticəsində ən azı 20 nəfərin öldürüldüyü bildirilir.
Moderator.az "Arise News"a istinadən xəbər verir ki, Şimaldakı Katsina ştatında Doma kəndinə terrorçular tərəfindən hücum olunub.
Hələ müəyyən edilməyən sayda insan müxtəlif dərəcələrdə xəsarət alıb, 100-dən çox sakin evlərini tərk edərək yaxınlıqdakı meşədə gizlənib.
Makama portalının yaydığı məlumata görə, Nigeriya Hərbi Hava Qüvvələri Faskari rayonu ərazisində, o cümlədən Doma yaşayış məntəqəsinin daxil olduğu bölgədə terrorçuların bazalarına hava zərbəsi endirib.
Məlumatda bildirilir ki, antiterror əməliyyatı nəticəsində 27 silahlı məhv edilib.