Bizi sosial şəbəkələrdən izləyin:
İstanbulda aparılan narkotik istintaqı çərçivəsində Dilek İmamoğlunun qardaşı Ali Kaya (Əkrəm İmamoğlunun qaynı) saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, məşhurları əhatə edən narkotik istintaqı çərçivəsində, İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunun qaynı Ali Kaya polis tərəfindən saxlanılıb.
O, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunub.