ABŞ İranın şərtlərini QƏBUL ETDİ
Dünya
349
08:38, Bu gün

ABŞ İranın şərtlərini QƏBUL ETDİ

Vaşinqton administrasiyası İran nümayəndələri ilə Omanda danışıqlar aparmağa razılıq verib və məsləhətləşmələrin 6 fevralda keçirilməsi gözlənilir.
 
Moderator.az xəbər verir ki, məlumatı "Axios" portalının jurnalisti Barak Ravid "X" hesabında paylaşıb.
 
Ərəb dövlətindəki mənbəyə görə, "ABŞ və İran arasında nüvə danışıqlarının cümə günü Omanda keçirilməsi gözlənilir".
 
Bu məlumata görə, "Tramp administrasiyası İran tərəfinin xahişi ilə danışıqları Türkiyədən başqa yerə köçürməyə razılıq verib".
 
Jurnalist əlavə edib ki, "ərəb və müsəlman dövlətlərinin Oman danışıqlarında iştirak edib-etməyəcəyi ilə bağlı məsləhətləşmələr hələ də davam edir".
 
Portal əvvəl İranın ABŞ ilə danışıqların formatını ikitərəfli formata dəyişdirmək və yerini İstanbuldan Omana köçürmək niyyətində olduğunu bildirmişdi.
 
Link kopyalandı!
Son xəbərlər