KİV: NATO müttəfiq komandanlığı Qrenlandiyada əməliyyata hazırlaşır
Dünya
167
03 Feb 2026 | 23:50

KİV: NATO müttəfiq komandanlığı Qrenlandiyada əməliyyata hazırlaşır

NATO-nun Avropa Müttəfiq Komandanlığı Qrenlandiyada "Arktika Gözətçisi" əməliyyatı üçün planlaşdırmaya başlayıb.

Moderator.az-ın məlumatına görə, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

Jurnalın məlumatına görə, bununla bağlı müttəfiq qüvvələrin Avropadakı baş komandanı, amerikalı general Aleksis Qrinkeviç əmr verib. Artıq gələn həftə NATO müdafiə nazirləri əməliyyat planının ilk layihəsini müzakirə etmək üçün Brüsseldə görüşə bilərlər.

Hazırda planlar üzərində iş gedir. Lakin Arktika missiyasının təfərrüatı açıqlanmır, çünki planlaşdırma prosesi hələ yeni başlayıb.

Jurnal qeyd edir ki, bu missiya ilə NATO çevik reaksiya qabiliyyətini nümayiş etdirmək istəyir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər