02:19
6°C
Bakı
Hindistan ABŞ-dan daha çox neft almağa razılaşıb.
Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əldə olunan razılaşmaya əsasən Hindistan Rusiya neftinin alınmasını dayandırmağa və ABŞ-dan, eləcə də Venesueladan daha çox neft almağa razılıq verib.
“Dünən çox məhsuldar gün oldu. Onlar razılaşma əldə etdilər. Bu razılaşma çərçivəsində Hindistan Rusiya neftinin alınmasını dayandırmağa və ABŞ-dan daha çox Amerika nefti almağa razılaşıb, həmçinin Venesueladan da. Hindistanın Baş naziri Narendra Modi ABŞ-dan 500 milyard dollar həcmində enerji, nəqliyyat və kənd təsərrüfatı məhsulları almağı öhdəsinə götürüb”, – deyə Kerolayn Livitt bildirib.