Ər-Riyadda Qəzza, Yəmən və Şərqi Afrikada müzakirə edilib
Dünya
196
03 Feb 2026 | 23:10

Ər-Riyadda Qəzza, Yəmən və Şərqi Afrikada müzakirə edilib

Türkiyə Fələstində davamlı sülhün təmin edilməsi və Qəzzanın yenidən qurulması üçün səylərini davam etdirir.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə Ər-Riyadda baş tutan görüşdə deyib.

Türkiyə Prezidenti Qəzzada böhranın tezliklə sona çatdırılması üçün səyləri artırmaq lazım olduğunu qeyd edib.

Bundan başqa, Yəməndəki son vəziyyət və Şərqi Afrikadakı hadisələr də müzakirə olunub.

Qeyd edək ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dörd saziş imzalanıb və birgə bəyanat qəbul edilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər