Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
Dünya
193
03 Feb 2026 | 23:05

Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır

Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İrana məxsus pilotsuz uçuş aparatının vurulmasına baxmayaraq, Vaşinqton və Tehran arasında danışıqlar qüvvədə qalır.

Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat yayıb.

Qeyd edək ki, qısa müddət öncə "Reuters" agentliyi ABŞ hərbçilərinin Ərəb dənizində “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran PUA-sını vurduğuna dair məlumat yayıb.

Məlumatı Pentaqon təsdiqləyib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər