23:37
7°C
Bakı
Amerikanın "F-35C" qırıcı təyyarəsi ABŞ-nin "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə aqressiv yaxınlaşan İrana məxsus pilotsuz uçuş aparatını vurub.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins "Fox News"a açıqlamasında bildirib.
"ABŞ-nin "Abraham Linkoln" gəmisi Ərəb dənizində, İranın cənub sahillərindən təxminən 800 km məsafədə olarkən "Şahed-139" pilotsuz uçuş aparatıgəmiyə doğru manevr edib. Amerika qüvvələri tərəfindən beynəlxalq sularda görülən deeskalasiya tədbirlərinə baxmayaraq, təyyarə gəmisinə doğru uçuş davam edib", - deyə zabit bildirib.
Onun sözlərinə görə, dron gəmini və şəxsi heyəti qorumaq üçün özünümüdafiə məqsədilə məhv edilib.