ABŞ-də bir qrup respublikaçı senator Çin istehsalı olan elektron siqaretlərin casusluq və çirkli pulların yuyulması üçün istifadə edilə biləcəyindən narahatlığını bildirib.
Moderator.az-ın məlumatına görə, bu barədə "Fox News" xəbər verib.
"Bu cihazlar məlumat sızmalarına və ya zərərli proqram təminatına yoluxmalara, eləcə də həssas istifadəçi məlumatlarına daxil olmağa və onları toplamağa qadirdir. Çin sənayesi ilə kəşfiyyat orqanları arasında sıx əlaqəni nəzərə alsaq, bu cihazların istifadəsi ciddi narahatlıqlar doğurur", - deyə kanal respublikaçıların məktubundan bir hissəni sitat gətirir.
Senatorlar qeyd ediblər ki, "ağıllı" elektrin siqaretlər (veyp) mobil telefonlara qoşula və istifadəçi məlumatlarını toplaya bilər. 2025-ci ildə ABŞ Ədliyyə Nazirliyi Çindən təxminən 90 milyon dollar dəyərində veyp məhsullarının müsadirə edildiyini bildirib.