Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen vəAvropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Rusiya-Ukrayna müharibəsinin 4-cü ildönümü münasibətilə tədbirlərdə iştirak etmək üçün Ukraynaya səfər edəcəklər.
Moderator.az xəbər verir ki, bu barədə təşkilatların rəsmi nümayəndələri məlumat veriblər.
"Dünən Prezident fon der Lyayen, həmşə olduğu kimi, Prezident Volodimir Zelenski ilə danışıb. Fon der Lyayen Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsinin başlanmasının dörd illiyini qeyd etmək üçün Ukraynaya səfər dəvətini qəbul edib", – deyə AK-nın baş spikeri Paula Pinyo bildirib.
O vurğulayıb ki, bu səfər Avropa İttifaqının Ukrayna ilə həmrəyliyinin, eləcə də Rusiyanın davam edən təcavüzü qarşısında qurumun qətiyyətinin və birliyinin yenilənmiş və təkrar olunan rəmzi olacaq.
"Prezident Koştanın fevralın 24-də Ukraynadakı müharibənin 4-cü ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Ukraynaya səfər edəcəyi gözlənilir", – deyə Avropa Şurası prezidentinin mətbuat katibi qeyd edib.