Hindistan SQ-nin Baş qərargah rəisi Ermənistana səfər edib
Dünya
195
21:06, Bu gün

Hindistan SQ-nin Baş qərargah rəisi Ermənistana səfər edib

Hindistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Anil Çauhan Ermənistana səfər edib.

Moderator.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onu Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edib.

Qəbulda müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib.

Paşinyan bildirib ki, Çauhanın səfərinin iki ölkə arasında münasibətlərin inkişafına yeni impuls verəcəyini gözləyir. O, iki dövlət arasında çoxəsrlik isti münasibətləri vurğulayaraq, müxtəlif istiqamətlər üzrə mövcud aktiv dialoqa diqqət çəkib.

Hindistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi isə qeyd edib ki, əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə erməni həmkarları ilə səmərəli müzakirələr aparıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər