Almaniyanın Hamburq limanında hüquq-mühafizə orqanlarının əməkdaşları gəmilərə qarşı təxribat törətməkdə şübhəli bilinən Rumıniya və Yunanıstandan olan iki işçini saxlayıblar.
Moderator.az-ın məlumatına görə, bu barədə "Bild" məlumat yayıb.
Baş Prokurorluğun məlumatına görə, 2025-ci ildə hər iki təqsirləndirilən şəxs Hamburq limanında işləyərkən Federal Silahlı Qüvvələrin dəniz qüvvələrinin gəmiqayırma zavodunun ərazisində yerləşən bir neçə gəmisində "manipulyasiyalar həyata keçiriblər". Onlar gəmilərin mühərrikinə 20 kq-dan çox çınqıl töküb, su borularını deşib, yanacaq çəninin qapaqlarını çıxarıb və gəminin elektron sistemindəki təhlükəsizlik açarlarını söndürüblər.
Problem yalnız yanvar ayının ortalarında "Emden" korvetinin Kil şəhərinə ilk səfərindən əvvəl göyərtəsində aparılan yoxlama zamanı aşkar edilib.