Dünya
307
19:50, Bu gün

"Nüvə silahlanma yarışı yenidən sürətlənir: geri dönüşü olmayan mərhələyə iki gün qalıb" - "The Conversation"

"New START" sazişinin başa çatması qlobal nüvə balansını kökündən dəyişə bilər..."

Rusiya ilə ABŞ arasında qüvvədə olan yeganə nüvə razılaşması - Strateji Hücum Silahlarının Məhdudlaşdırılmasına dair "New START" sazişinin müddəti fevralın 4-də başa çatır.

Moderator.az xəbər verir ki, bu barədə Avstraliyanın "The Conversation" nəşri yazıb.

Nəşrin yazdığına görə, onun uzadılması ilə bağlı hər hansı danışıqlar aparılmır və ABŞ prezidenti Donald Tramp bu məsələyə açıq şəkildə laqeyd münasibət göstərir. Müəllifin qənaətinə görə, sənədin qüvvədən düşməsi onilliklər ərzində formalaşmış nüvə çəkindirmə sisteminin faktiki sonu və yeni silahlanma yarışının başlanğıcı demək olacaq.

"New START" sazişinin rolu və əhəmiyyəti

2010-cu ildə Praqada imzalanan Strateji Hücum Silahlarının Məhdudlaşdırılmasına dair yeni "New START" (ingiliscə Strategic Arms Reduction Treaty - red.) sazişi Rusiya və ABŞ-ın strateji nüvə arsenalını məhdudlaşdıran son beynəlxalq mexanizm idi.
Razılaşma 700 daşıyıcı vasitə, 1 550 nüvə başlığı və 800 buraxılış qurğusu üzrə limitlər müəyyən edir.

Bu saziş həmçinin qarşılıqlı yoxlamalar, müntəzəm məlumat mübadiləsi və xəbərdarlıq mexanizmlərini nəzərdə tuturdu. Bu mexanizmlər tərəflərə bir-birinin nüvə potensialı barədə real və yoxlanıla bilən təsəvvür yaradırdı. Dünya üzrə nüvə silahlarının təxminən 87 faizi məhz bu iki ölkənin payına düşür.

Razılaşmanın bitməsi hansı riskləri yaradır

Nəşr qeyd edir ki, sazişin qüvvədən düşməsi Rusiya və ABŞ-a cəmi bir neçə ay ərzində yerləşdirilmiş nüvə başlıqlarının sayını kəskin şəkildə artırmaq imkanı verəcək. Hər iki ölkənin ehtiyatda saxladığı, lakin tam döyüş qabiliyyətini itirməmiş çoxsaylı nüvə başlıqları mövcuddur.

Yoxlamaların, məlumat mübadiləsinin və şəffaflığın aradan qalxması qeyri-müəyyənliyi və qarşılıqlı etimadsızlığı daha da dərinləşdirə, nəticədə qlobal miqyasda yeni silahlanma mərhələsini sürətləndirə bilər.

Təhlükəli xəbərdarlıq

Məqalə müəllifi, Melburn Universitetinin tədqiqatçısı Tilman Raff vurğulayır ki, hazırda nə nüvə tərksilahı, nə də nüvə risklərinin azaldılması üzrə real danışıqlar aparılır. Onun fikrincə, aparıcı nüvə dövlətləri vaxtilə üzərlərinə götürdükləri öhdəliklərdən getdikcə uzaqlaşır və bu proses nüvə müharibəsinin qarşısının alınması baxımından son dərəcə təhlükəli meyl yaradır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər