21:38
7°C
Bakı
Norveç parlamenti monarxiyanın saxlanılmasına səs verib.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Subject" nəşri məlumat verib.
Bildirilib ki, 169 üzvdən 141-i bunun lehinə, 26-sı isə əleyhinə səs verib.
Stortinqdə respublikanın tətbiqi üçün üçdə iki səs çoxluğu tələb olunur.
"Stortinqdə respublikanın tətbiqi ilə bağlı təkliflər müntəzəm olaraq, əsasən yeni çağırışın əvvəlində ortaya çıxır. Bəzi partiyaların və ayrı-ayrı deputatların həmişə lehinə səs verməsinə baxmayaraq, onlar müntəzəm olaraq da rədd edilə bilir", - deyə nəşr yazır.
Səsvermə kral ailəsi ətrafında bəzi qalmaqallar və onun populyarlığının azalması fonunda baş tutub.