Zelenski Rusiyanın son hücumunun Əbu-Dabi danışıqlarına necə təsir edəcəyinə münasibət bildirib
Dünya
201
18:59, Bu gün

Zelenski Rusiyanın son hücumunun Əbu-Dabi danışıqlarına necə təsir edəcəyinə münasibət bildirib

Rusiya enerji infrastrukturlarına qarşı hücumu dayandırmağa razılaşmaqla daha çox raket və pilotsuz uçuş aparatlarını toplayaraq Ukraynaya qarşı kütləvi hücum həyata keçirmək niyyətində idi.

Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında bildirib.

Zelenski Rusiyanın son dövrlərdəki hücumlarının həcminin artdığını və soyuq hava şəraitində sonuncu hücum zamanı 71 raket və 450 PUA-dan istifadə edildiyini qeyd edib:

“Rusiyanın Əbu-Dabi danışıqlarının bitdiyi andan dərhal sonra həyata keçirəcəyi hücum üçün istifadə edəcəyi silahlar ümumilikdə az idi. Lakin onlar hücumu təxirə saldılar, raket və dronların sayını artırıb ən soyuq günlərdə hücum etdilər”.

Zelenski Rusiyanın kütləvi hücumuna cavab olaraq Ukraynanın hansı hərbi addımlar atacağını açıqlamayıb. O bildirib ki, Ukrayna öz hərbi planlarını düşmənə açıqlamamağa çalışır.

“Biz hər zaman düşmənə öz hərbi planlarımızı və hərəkətlərimizi bildirməməyə çalışırıq”, – o vurğulayıb.

O, Rusiyanın ölkənin enerji infrastrukturunu hədəf almasına baxmayaraq, Ukraynanın öz müdafiəsini gücləndirməyə davam etdiyini bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər