Dünya
357
18:50, Bu gün

"Rusiya "qala kəməri"nə böyük hücuma hazırlaşa bilər" - ISW

"Analitiklər Slavyanska çıxış üçün resurs çatışmazlığı və uzunmüddətli döyüşlər barədə xəbərdarlıq edir..."

Rusiya ordusu Ukraynanın "qala kəməri" adlanan bölgəsinə qarşı sürətli quru hücumuna hələ hazır deyil və bu istiqamətdə real hərbi əməliyyatlara ən tez bir neçə ay sonra başlaya bilər. 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (İSW) hesabatında deyilir.

Şimal və şərq ssenariləri

Hesabatda vurğulanır ki, Slavyanska doğru irəliləyiş ya Liman, ya da Siversk istiqamətindən ciddi resurslar tələb edir və qısa müddətdə nəticə verməsi real görünmür. Analitiklərin hesablamalarına görə, şimaldan Slavyanska çıxmaq üçün Rusiya qüvvələri əvvəlcə Limanın tam ələ keçirilməsini başa çatdırmalı, daha sonra təxminən 14 kilometr irəliləməli və Severski Donets çayını keçməlidir. 

Alternativ variant isə şərqdən hücumdur ki, bu da Siversk rayonu ilə Slavyansk arasında təqribən 30 kilometrlik məsafənin qət edilməsini nəzərdə tutur. ISW qeyd edir ki, 3-cü ümumqoşun ordusunun Siversk istiqamətindəki bölmələri nəzəri baxımdan şərqdən birbaşa hücuma cəhd göstərə bilər, lakin Liman ətrafında döyüşlərin tempi hələ də çox zəifdir.

Uzanan kampaniya və risklər

ISW-nin yazdığına görə, Rusiya yeni hücum strategiyasını tətbiq etməyə çalışır: genişmiqyaslı quru əməliyyatlarından əvvəl aylarla Ukraynanın müdafiəsini və logistikasını zəiflətmək. Bu taktika Pokrovsk və Qulyaypole istiqamətlərində müəyyən nəticələr versə də, Liman bölgəsində gözlənilən effekti yaratmayıb. 

Analitiklər bildirir ki, irəliləyişi sürətləndirmək üçün Rusiya komandanlığı əlavə piyada qüvvələri və pilotsuz uçuş aparatlarının operatorlarını cəlb etməli olacaq. Bu isə Pokrovsk yaxınlığındakı hücumları və ya Kupyansk istiqamətində müdafiəni zəiflədə bilər.

İnstitut həmçinin vurğulayır ki, Kreml bir neçə aydır Qərbi "qala kəməri"nin tez və asan ələ keçiriləcəyinə inandırmağa çalışsa da, ISW hesab edir ki, həm Konstantinovka cənubundan, həm də Liman şimalından mümkün yarma cəhdləri illərlə davam edə bilər.

Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də cəbhədə hücum tempinin artırıla biləcəyini iddia edib. Lakin ISW analitikləri döyüş meydanındakı reallıqların bu bəyanatla ziddiyyət təşkil etdiyini bildirir: Rusiya qüvvələri çox vaxt kiçik yaşayış məntəqələrinin tutulmasına aylar sərf edir, "qala kəməri"ndəki şəhərlər isə ölçü və müdafiə baxımından daha mürəkkəbdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər