20:48
7°C
Bakı
Fransa prokurorluğu milyarder İlon Maskı və "X" platformasının sabiq CEO-su Linda Yakkarinonu aprelin 20-də dindirməyə çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Prokurorluğun açıqlamasında bildirilir ki, istintaqın aparılması konstruktiv yanaşmanın bir hissəsidir və məqsəd "X" şirkətinin Fransada fəaliyyət göstərdiyi müddətdə onun işinin ölkə qanunvericiliyinə uyğunluğunu araşdırmaqdır.
Aprelin 20-si və 24-də "X"-in əməkdaşları da şahid qismində dindiriləcək.
Qeyd edək ki, axtarışlar "X France" şirkətinin ofisində aparılır, lakin onun hüquqi ünvan İrlandiyadadır.