İlon Maskın ofisində axtarışlara başlanıldı
Dünya
220
17:00, Bu gün

İlon Maskın ofisində axtarışlara başlanıldı

Paris prokurorluğu ABŞ-li sahibkar İlon Maska məxsus "X" sosial şəbəkəsinin Fransa ofislərində axtarışlara başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Məlumata görə, platformanın alqoritmləri ilə bağlı 2025-ci ilin yanvar ayında başlanan araşdırma çərçivəsində axtarışlara start verilib.

Axtarışlar prokurorluğun kibercinayətkarlıqla mübarizə bölməsi tərəfindən aparılır və işə Avropol da cəlb edilib.

Bildirilir ki, 2025-ci ilin yanvarında Fransa prokurorluğu sözügedən platformanın xarici müdaxilə üçün alqoritmdən istifadə etməsi ilə bağlı ittihamlardan sonra araşdırmaya başlayıb. İddialar iki yerdən qaynaqlanırdı: Fransa parlamentinin üzvündən, digəri isə yüksəkvəzifəli məmurdan.

2025-ci ilin iyulunda iş Fransa polisinə verilib. Elə həmin ay "X" Fransa hakimiyyətinin ittihamlarını rədd edib və istintaqı "siyasi motivli" adlandırıb.

"X" sosial şəbəkəsindən əlavə, Maskın "xAI" şirkəti tərəfindən yaradılan "Grok" çatbotu da Avropa İttifaqı (Aİ) səlahiyyətlilərinin diqqətini cəlb edib.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası (AK) istifadəçilərə istək əsasında fotolardakı insanları "soyundurmağa" imkan verən şəkil redaktə xidməti olan "Grok" çatbotu ilə bağlı yeni araşdırmaya başlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər