Tramp Harvard Universitetindən bir milyard dollar tələb etdi
Dünya
144
12:55, Bu gün

Tramp Harvard Universitetindən bir milyard dollar tələb etdi

ABŞ administrasiyası Harvard Universitetindən qanun pozuntularına görə bir milyard dollar təzminat tələb edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezident Donald Tramp "Truth Social" şəbəkəsində yazıb:
 
"Biz indi bir milyard dollarlıq ziyanın ödənilməsini tələb edirik və gələcəkdə Harvard Universiteti ilə heç bir əlaqə saxlamaq istəmirik".
 
O, universiteti antisemitizmdə ittiham edib və orada qabarıq qanun pozuntularının baş verdiyini bildirib.
 
Keçən il administrasiya universitetin siyasətində dəyişikliklər etməsini tələb etmiş və bunu yəhudi mənşəli tələbələrin antisemitizmdən qorunması zərurəti ilə əsaslandırmışdı. Həmçinin universitetə qarşı bir sıra digər tədbirlər görülüb.
 
Tramp ali təhsil müəssisəsinin siyasi təşkilat kimi tanınmasını və vergi güzəşti hüququndan məhrum olunmasını təklif edib.
 
ABŞ Təhsil Nazirliyi universitet üçün 2.2 milyard dollarlıq qrantları və 60 milyon dollarlıq uzunmüddətli müqavilələri dondurduğunu açıqlayıb.
 
2025-ci ilin oktyabrında Tramp bildirmişdi ki, Harvard nümayəndələri ilə əldə olunan razılığa əsasən universitet təxminən 500 milyon dollar ödəyəcək və peşə təhsil müəssisələrində süni intellektlə bağlı təlim proqramları həyata keçirəcək.
 
Lakin bazar ertəsi yayımlanan açıqlamada Tramp universitetin bu addımlarını yetərsiz saydığını bildirib. O, həmçinin, administrasiyanın artıq universitetdən pul istəməməsi barədə "The New York Times" qəzetində yer alan məlumatı təkzib edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər