Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün İran prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün danışıqların nəzərdən keçirilməsi ilə bağlı göstəriş verdiyini təsdiqləyib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"ABŞ prezidentinin danışıqlar təklifinə cavab verilməsinə dair bölgədəki dost dövlətlərin müraciətlərini nəzərə alaraq, İranın xarici işlər nazirinə ədalətli və bərabər danışıqlar üçün zəmin hazırlamaq məqsədi ilə müvafiq tapşırıq verdim" - deyə, Pezeşkian sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu proses milli maraqlar çərçivəsində, ləyaqət, müdriklik və məqsədəuyğunluq prinsiplərinə əsaslanmalı, eyni zamanda təhdidlərdən və əsassız gözləntilərdən uzaq bir mühitdə həyata keçirilməlidir.
Qeyd edək ki, dünən Pezeşkianın ABŞ ilə danışıqlara başlamaqla bağlı rəsmi göstəriş verdiyi barədə məlumat yayılmışdı.
Danışıqların İranın xarici işlər naziri Abbas Əraqçı və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında Türkiyədə keçiriləcəyi bildirilmişdi.