“Məni siyasi piyada kimi istifadə etmək istəyirlər” – Trampın dəstəklədiyi aktrisa
Dünya
191
11:25, Bu gün

“Məni siyasi piyada kimi istifadə etmək istəyirlər” – Trampın dəstəklədiyi aktrisa

Hollivud ulduzu Sidni Svini “American Eagle” üçün çəkildiyi reklamdan sonra yaranan siyasi mübahisələrə və ABŞ prezidenti Donald Trampın ona verdiyi dəstəyə münasibət bildirib.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, aktrisa “MAGA Barbie” kimi təqdim olunmasından narahat olduğunu deyərək, siyasi məqsədlər üçün alətə çevrilmək istənildiyini vurğulayıb və əsas məqsədinin yalnız sənət olduğunu qeyd edib.
 
Son illərin ən çox müzakirə olunan aktrisalarından olan Svini, denim brendi American Eagle üçün çəkilən reklam kampaniyasından sonra “ağ üstünlükçülük” alt mətnləri daşıdığı iddia edilən şüar səbəbilə tənqidlərə məruz qalmışdı. Reklamda işlədilən “Sidni Svini əla genləri var” ifadəsi ABŞ-də geniş müzakirələrə yol açmış, məsələ daha sonra Trumpın aktrisaya açıq dəstək verməsi ilə siyasi müstəviyə daşınmışdı. Bu açıqlamalardan sonra Svininin respublikaçı seçici olduğu iddia edilmiş və o, mühafizəkar dairələrin simvolu kimi təqdim olunmağa başlanmışdı.
 
Aktrisa verdiyi bir müsahibədə bu yanaşmadan narahatlığını gizlətməyib: “Məni siyasi piyada kimi istifadə etmək istəyirlər”. O, siyasət haqqında danışmaq niyyətində olmadığını bildirərək, insanların onu öz məqsədləri üçün istifadə etməyə çalışdıqlarını deyib. Svini vurğulayıb ki, bu cür etiketləmələr onun nəzarətində deyil və başqalarının ona yüklədiyi anlamlardır.
 
Siyasi mövqeyi ilə bağlı açıq bəyanat verib-verməyəcəyi sualına cavab verən aktrisa, sosial mediada hökm sürən linç mədəniyyətinə də toxunub. Onun sözlərinə görə, hansı mövqeni ifadə etməsindən asılı olmayaraq, bu addımın səmimiyyətsiz kimi yozulması ehtimalı var. Svini bildirib ki, hər kəsi razı salmaq mümkün deyil və o, kim olduğunu qoruyaraq yoluna davam edəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər