Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ və Argentinadan maliyyələşdirmənin kəsilməsi səbəbindən işçilərini ixtisar edib.
Moderator.az bildirir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus məlumat yayıb.
O bildirib ki, bu, müxtəlif ölkələrdə səhiyyə sistemlərini dəstəkləmək üçün proqramlara əhəmiyyətli dərəcədə təsir göstərib. İxtisarlar peyvəndlərə və epidemiyaya qarşı mübarizə səylərinə təsir edib.
T.A.Gebreyesus qeyd edib ki, təşkilat 2026-cı ildə işçilərinin təxminən dörddə birini ixtisar etməyi planlaşdırır. Bununla belə, o, maliyyələşdirmənin bərpa olunacağına ümid etdiyini bildirib.
ÜST-ün İcraiyyə Şurası bu gün toplanır. İclasda ölkələr təşkilatın gələcək büdcəsini və prioritetlərini müzakirə edirlər. Bu danışıqların nəticələri may ayında Ümumdünya Səhiyyə Assambleyasında təqdim olunacaq. Məhz orada ÜST-ə yeni şəraitdə lazımi resurslar və səlahiyyətlər verilməsi müzakirəyə çıxarılacaq.