Rusiya XİN Ermənistanla əməkdaşlıq məsələlərinə aydınlıq gətirib
Dünya
190
02 Feb 2026 | 22:40

Rusiya XİN Ermənistanla əməkdaşlıq məsələlərinə aydınlıq gətirib

Rusiya bütün hallarda tərəfdaşları qarşısında beynəlxalq öhdəliklərə sadiqdir.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Rusiya ənənəvi müttəfiqlərini - Ermənistan, Suriya, Venesuela və İranı - ABŞ-ın taleyinə buraxırmı?" sualına cavab olaraq bildirilib ki, məsələnin bu cür qoyuluşu ilə razılaşmaq olmaz.

"Ermənistanla Avrasiya məkanında ümumi inteqrasiya birlikləri çərçivəsində səmərəli əməkdaşlıq edirik. Avrasiya İqtisadi İttifaqına üzvlük respublikaya real, maddi fayda gətirir. Birliyin əsas üstünlüklərindən biri də məsələləri siyasi mülahizələrdən təsirlənmədən qarşılıqlı hörmət və üzv ölkələrin maraqlarının nəzərə alınması prinsipi əsasında həll etməsidir. Bundan əlavə, Ermənistan bütün hüquq və öhdəlikləri ilə KTMT-nin üzvü olaraq qalır. Biz İrəvanın təşkilatın işində tam iştirakını dəstəkləyirik, çünki bu, ölkənin təhlükəsizliyinin ayrılmaz elementidir. Rusiya hərbi bazası və sərhədçilərimiz Ermənistan və bütün Cənubi Qafqaz üçün təhlükəsizliyin əsas elementləridir.

Hesab edirik ki, Ermənistan rəhbərliyinin xarici əlaqələri diversifikasiya xətti ənənəvi müttəfiqlərlə əməkdaşlığı məhdudlaşdırmaq və ya ölkəmizə "strateji məğlubiyyət" vurmaq istəyən birliklər və blokların standartlarına doğru yenidən istiqamətlənmək anlamını vermir. Biz erməni həmkarlarımıza Avropa İttifaqı ilə yaxınlaşma ilə bağlı qiymətləndirmələrimizi açıq şəkildə çatdırırıq. Əminik ki, Ermənistan da daxil olmaqla Cənubi Qafqaz ölkələri Brüssel və Vaşinqtonun sözdə yaxşı niyyətlərinin arxasında soyuq hesablamaların olduğunu başa düşürlər. Onlar üçün Rusiyanın tarixən və ayrılmaz şəkildə bağlı olduğu bu region, ölkəmizə zərər vermək üçün istifadə edilə biləcək potensial ağrı nöqtəsindən başqa bir şey deyil", - XİN -nin bəyanatında deyilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər