00:59
8°C
Bakı
İranın daxili siyasi proseslərinə müdaxilə Yaxın Şərqdə təhlükəsizliyə mənfi təsir edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilir.
Açıqlamada İran İslam Respublikasına qarşı yeni zərbələr endirmək təhdidlərinin qəbuledilməz olduğu vurğulanır.
"Xaricdən ilhamlanan iğtişaşlardan 2025-ci ilin iyun ayında İrana qarşı törədilən təcavüzü təkrarlamaq üçün bəhanə kimi istifadə etməyi planlaşdıranlar bu cür addımların Yaxın Şərqdəki vəziyyət və qlobal beynəlxalq təhlükəsizlik üçün ağır nəticələrindən xəbərdar olmalıdırlar. Həmçinin, ticarət rüsumlarını artırmaqla İranın xarici tərəfdaşlarını şantaj etmək cəhdləri qəbuledilməzdir", - XİN-in açıqlamasında deyilir.