00:42
8°C
Bakı
2025-ci ilin dekabrında baş verən etirazlarla əlaqədar olaraq Tehranın Bəharestan qəsəbəsində şəxsiyyəti məlum olmayan dörd əcnəbi saxlanılıb.
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin qərb bölgəsinin Polis Komandanlığı məlumat yayıb.
Bildirilir ki, onlar gizləndikləri yerə basqın zamanı tapılıblar. Əcnəbilərin çantalarının birində dörd ədəd evdə hazırlanmış elektroşoker də olub. Saxlanılanların vətəndaşlığı açıqlanmayıb.