23:05
8°C
Bakı
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçinin cümə günü İstanbulda mümkün nüvə sazişini müzakirə etmək üçün görüşü planlaşdırılır.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, görüş "ən yaxşı ssenari" kimi nəzərdən keçirilir, lakin yekun qərarlar yalnız görüşdən sonra qəbul ediləcək.
Bu, Vaşinqton və Tehran nümayəndələrinin ötənilki danışıqların pozulmasından və İsrail, İran və ABŞ arasında 12 günlük münaqişədən sonra ilk görüşü olacaq.