Qriqoryan Aİ rəsmisinə regional infrastrukturun inkişafı üzrə layihələri təqdim edib
Dünya
120
20:00, Bu gün

Qriqoryan Aİ rəsmisinə regional infrastrukturun inkişafı üzrə layihələri təqdim edib

Fevralın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Baş katibinin siyasi məsələlər üzrə müavini Olof Skuqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Moderator.az “Armenpress”ə istinadən xəbər verir ki, tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın ardıcıl inkişafını və genişlənməsini məmnuniyyətlə vurğulayıblar, eləcə də Ermənistan-Aİ hərtərəfli gündəliyindəki bir sıra məsələləri müzakirə ediblər, eyni zamanda, Avropa Sülh Fondu tərəfindən Ermənistana ikinci yardım tranşının verilməsinin vacibliyini qeyd ediblər.

Görüş zamanı Təhlükəsizlik Şurasının katibi Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh şəraitində regional əlaqə və infrastrukturun inkişafı üçün həyata keçirilən proqramları təqdim edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər