22:26
9°C
Bakı
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff BƏƏ-də Rusiya-Ukrayna danışıqlarının növbəti raundunda iştirak edəcək.
Moderator.az xəbər verir ki, bu barədə anonim ABŞ rəsmisi “Axios”a məlumat verib.
“Uitkoff Əbu-Dabiyə getməzdən əvvəl İsrailə səfər edəcək. Əbu-Dabidə isə 4-5 fevral tarixlərində Rusiya və Ukrayna arasında danışıqlar baş tutacaq”, - mənbə bildirib.
“Axios”un məlumatına görə, Uitkoffun İran tərəfi ilə isə hər hansı bir görüşü hələlik planlaşdırılmayıb.