ABŞ şirkəti
Dünya
119
18:10, Bu gün

ABŞ şirkəti "LUKOIL"un aktivləri ilə bağlı investorlarla danışıqlara başladı

ABŞ-nin "Carlyle" şirkəti "LUKOIL"un (Rusiya) xarici aktivlərinin alınması ilə bağlı razılaşma əldə olunacağı təqdirdə tərəfdaşları cəlb etmək üçün Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan investorlarla ilkin danışıqlara başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi proseslə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Mənbələr agentliyə bildiriblər ki, müqavilə baş tutarsa, "Mubadala", XRG və IHC şirkətlərindən olan investorlar "LUKOIL" portfelindəki payları almaq barədə fond nümayəndələri ilə danışıqlar aparacaqlar.

Başqa bir mənbə isə potensial payların 20 milyard dollar dəyərində ola biləcəyini bildirib.

BƏƏ investisiya şirkətləri "LUKOIL"un ticarət bölməsi olan "Litasco"nu əldə etməkdə maraqlıdır. Dubayda yerləşən "Litasco Middle East DMCC" şirkəti 2025-ci ilin iyul ayında Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıb.

Eyni zamanda, "Reuters" mənbələrindən biri "Carlyle"ın "LUKOIL" portfelini bütöv saxlamaq niyyətində olduğunu da bildirib.

Xatırladaq ki, yanvarın 29-da Rusiyanın "LUKOIL" şirkəti ABŞ-nin "Carlyle" şirkəti ilə Qazaxıstandakı layihələr istisna olmaqla, xarici aktivlərin satılması barədə razılığa gəliblər. Əməliyyatın başa çatması üçün tənzimləyici orqanın təsdiqi, o cümlədən ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) icazəsi tələb olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər