Mərakeşdə daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edildi
Dünya
124
18:00, Bu gün

Mərakeşdə daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edildi

Mərakeşin iki şimal-qərb əyalətinin - Sidi-Kasem və Kenitranın hakimiyyət orqanları əlverişsiz hava şəraiti ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "Hespress" xəbər portalı məlumat yayıb.

Məlumata görə, güclü siklon və şiddətli yağışlar səbəbindən Sebu çayında suyun səviyyəsi kəskin şəkildə artıb, Əl-Vahda bəndində su anbarı tamamilə dolub.

Məlumata görə, anbar tamamilə dolduğu üçün aidiyyəti qurumlar suyu buraxmaq məcburiyyətində qalıblar.

Son bir neçə gündür ki, bölgədə Sebu çayının daşması təhlükəsi ilə üzləşən ərazilərdən təxliyələr aparılır.

Qeyd olunur ki, təxminən 15 min nəfər təhlükəli zonadan təxliyə edilib.

Bölgədə vəziyyətin pisləşməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.

Meteoroloqların sözlərinə görə, Sebu çayında gündəlik suyun səviyyəsinin artması və yaxınlaşan siklon nəzərə alınmaqla vəziyyət təhlükəli olaraq qalır.

Qeyd edək ki, daha əvvəl Mərakeşin qədim Əl-Qəsr əl-Kəbir şəhəri və ətraf ərazilərdən təxminən 20 min sakin şiddətli daşqınlar səbəbindən təxliyə edilib. Yerli sakinlərin sözlərinə görə, şəhər təxminən 40 ildən sonra ilk dəfə belə bir fövqəladə vəziyyətlə üzləşib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər