İsrail Livanda Hizbullah mövqelərini bombalayıb
Dünya
242
17:35, Bu gün

İsrail Livanda Hizbullah mövqelərini bombalayıb

İsrail Livanın cənubunda Hizbullah mövqelərinə aviazərbələr endirib.

Moderator.az “The Times of Israel”ə istinadən xəbər verir ki, avizərbələr Kfar Tebnit və Ain Qana bölgələrindəki Hizbullah obyektlərini hədəf alıb.

Aviazərbələr nəticəsində Hizbullahın havadan müdafiə sitemlərinin əsas idarəedicilərindən olan Əli əl-Hadi Mustafa əl-Həqqani öldürülüb.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə 2024-cü ilin noyabrında İsrail və Hizbullah arasında atəşkəs əldə olunub. İsrail Hizbullahın sərhəd bölgələrdə öz infrastrukturunu bərpa etmək cəhdlərini razılaşmanın pozulması kimi qiymətləndirir və buna görə də təşkilatın mövqelərini mütəmadi olaraq bombalayır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər