HƏMAS Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu bildirib
Dünya
134
17:20, Bu gün

HƏMAS Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu bildirib

HƏMAS Qəzzanın idarəçiliyini təhvil vermək üçün bütün lazımi prosedurları tamamlayıb.

Moderator.az “Al Jazeera“ kanalına istinadən xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Hazem Qassem bildirib.

Onun sözlərinə görə, HƏMAS idarəçiliyi Qəzzada Milli Hökumətin ixtiyarına verməyə hazırdır.

“Fələstin cəmiyyətinin müxtəlif fraksiyalarından ibarət komitə təhvil-təslim prosesinə nəzarət edəcək. Biz bütün tərəfləri komitənin bərpa və yenidənqurma səylərini asanlaşdırmağa çağırırıq”, - HƏMAS sözçüsü qeyd edib.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əldə olunan razılaşmaya görə, 15 üzvdən ibarət olan Fələstin texnokratik hökuməti Qəzzanın idarəçiliyini HƏMAS-dan təhvil alaraq bu bölgəyə özü nəzarət etməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər