Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün göstəriş verdi - FOTO
Dünya
131
17:00, Bu gün

Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün göstəriş verdi - FOTO

İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün rəsmi göstəriş verib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, prezident nüvə məsələsi üzrə danışıqlar prosesinin başlanması ilə bağlı tapşırıq verib və İran tərəfi ABŞ ilə nüvə proqramı çərçivəsində müzakirələr aparmağa hazırdır.

"Fars News" agentliyi mənbələrinə istinadən bildirib ki, ABŞ tərəfi ilə ilkin təmaslar yaxın günlərdə Türkiyədə baş tuta bilər.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün göstəriş verdi

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər