Barış Murat Yağcı hava limanında saxlanıldı
Dünya
149
16:30, Bu gün

Barış Murat Yağcı hava limanında saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanlarının məşhurlara qarşı keçirdiyi narkotik əməliyyatları çərçivəsində tanınmış aktyor və müğənni Barış Murat Yağcı hava limanında saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Xəbərdə bildirilir ki, istintaq çərçivəsində xaricdə olduğu üçün barəsində qiyabi həbs qərarı verilən Yağcı bu gün Türkiyəyə qayıtdıqdan sonra hava limanında nəzarətə alınıb.

Məlumata görə, tanınmış sənətçi əlavə araşdırmalar üçün İstanbul Vilayət Jandarm Komandanlığına aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər