1023 gündən sonra buraya ilk dəfə sərnişin təyyarəsi eniş etdi
Dünya
577
01 Feb 2026 | 23:37

1023 gündən sonra buraya ilk dəfə sərnişin təyyarəsi eniş etdi

Sudanın paytaxtı Xartumdakı Xartum Beynəlxalq Hava Limanına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş edib.

Moderator.az xəbər verir ki, bu, şərqi Sudanın Port Sudan şəhərindən gələn Sudan Hava Yollarına məxsus sərnişin təyyarəsi olub.

Qeyd edək ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasındakı toqquşmalara görə 2023-cü il aprelin 15-dən bəri Xartuma sərnişin təyyarəsi enmirdi.

Bu addım Xartum Hava Limanına uçuşların yenidən başlamasını göstərir. Bundan əlavə, Sudanın Baş naziri Kamil İdris və bəzi nazirlər eyni təyyarə ilə Xartumdan Port Sudana uçublar.

Link kopyalandı!
Son xəbərlər