Tramp ABŞ və İran arasında razılaşmaların əldə olunacağına ümid edir
Dünya
237
01 Feb 2026 | 22:45

Tramp ABŞ və İran arasında razılaşmaların əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp onun administrasiyasının İranla razılaşma əldə edə biləcəyinə ümid etdiyini bildirib.
 
Moderator.az xəbər verir ki, Amerika lideri bunu Floridada jurnalistlərlə söhbətində bəyan edib.
 
"Ümid edirəm ki, biz sövdələşmə bağlayacağıq", - o bildirib.
 
Bununla yanaşı, ABŞ-nin regionda dünyanın ən böyük və ən güclü gəmilərini yerləşdirildiyi qeyd edilib.
 
Ağ Ev rəhbəri Kuba ilə bağlı vəziyyətə də toxunub: "Biz Kubadakı ən yüksək vəzifəli şəxslərlə danışırıq. Düşünürəm ki, Kuba ilə sövdələşmə bağlayacağıq". Tramp hansı razılaşmaları nəzərdə tutduğunu dəqiqləşdirməyib.
 
Link kopyalandı!
Son xəbərlər