Dünya
193
01 Feb 2026 | 22:35

"X" platformasında qlobal texniki nasazlıq yaranıb

ABŞ və digər ölkələrdə "X"in istifadəçiləri platformanın işləməməsi ilə bağlı şikayətlər ediblər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Downdetector" məlumat yayıb.
 
Məlumata əsasən, ABŞ istifadəçilərinin 66%-i tətbiqdəki səhvlərdən, 31%-i veb-saytla bağlı problemlərdən, 3%-i isə serverlərlə əlaqə yaratmaqda çətinliklərdən şikayət edib.
 
Eyni zamanda, nasazlıqlar Almaniyada (1,6 min), Kanadada (2 min), Fransada (2,1 min) və İspaniyada (1,5 min) də qeydə alınıb.
 
Link kopyalandı!
Son xəbərlər