16:13
8°C
Bakı
Türkiyənin Antalya vilayətində daha bir ağır yol qəzası baş verib.
Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11:00-da Antalya-İsparta avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər həlak olub, daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.