Ukrayna və NATO əməkdaşlığın əsas prioritetlərini razılaşdırdı
Dünya
128
11:15, Bu gün

Ukrayna və NATO əməkdaşlığın əsas prioritetlərini razılaşdırdı

Ukrayna və NATO əməkdaşlığın əsas prioritetləri barədə razılığa gəliblər.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fyodorovun NATO rəsmiləri ilə görüşündə bildirilib.

Tərəflər hava hücumundan müdafiə (HHM) sisteminin gücləndirilməsi, "Patriot" zenit-raket kompleksləri, "F-16" qırıcıları və "HIMARS" sistemlərinin imkanlarının inkişaf etdirilməsi, eləcə də texnoloji üstünlüyün əldə olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Nazir Alyansın Ukraynadakı baş nümayəndəsi Patrik Turner və NATO-nun Ukrayna üçün Təhlükəsizlik Yardımı və Təlim Missiyasının (NSATU/SAG-U) komandanı, general-leytenant Kurtis Buzzardla bir araya gəlib. Görüş zamanı müdafiə qabiliyyətinin artırılması və strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər