Bu mələk başqa mələkdir - FOTO
Dünya
421
10:48, Bu gün

Bu mələk başqa mələkdir - FOTO

Bərpadan sonra Romanın ən qədim kilsələrindən biri olan Luçinadakı San Lorenzo Bazilikası səs-küyə səbəb olub. 

Bazilikada İtaliyanın Baş naziri Corciya Meloniyə fiziki bənzərliyi olan bir mələk təsvir olunub.

Meloniyə bənzər mələk, İtaliyanın sonuncu kralı II Savoylu Umbertonun büstünün sağındakı freskada aşkar edilib. Əvvəlcə təsvirdə ənənəvi olaraq cinsiyyətsiz təsvir edilən iki keruv həkk olunub. İndi isə əlində İtaliya xəritəsi tutan mələklərdən biri qanadlı qadın fiqurunun xüsusiyyətlərini qazanıb və üzü Melonininkinə çoxbənzəyir.

"La Repubblica" qəzetinin məlumatına görə, freskanın bərpası bazilikanın digər hissələri üzərində işləyən həvəskar bərpaçılar tərəfindən həyata keçirilib.

Meloni özü freskanın şəklini İnstaqram səhifəsində paylaşıb və "Xeyr, mən qətiyyən mələyə oxşamıram" yazıb.

Bu mələk başqa mələkdir - FOTOBu mələk başqa mələkdir - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər