10:43
7°C
Bakı
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuku yenidən axtarışa verib.
Moderator.az xəbər verir ki, bu barədə nazirliyin axtarış bazasında məlumat yerləşdirilib.
Bazadakı qeyddə Yatsenyukun Cinayət Məcəlləsinin maddələri üzrə axtarıldığı bildirilsə də, konkret hansı maddə ilə bağlı olduğu açıqlanmayıb. Həmçinin onun yenidən axtarışa verildiyi qeyd olunub.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsi daha əvvəl Arseni Yatsenyuk da daxil olmaqla, Ukrayna rəhbərliyinin bir sıra nümayəndələrinə qarşı qiyabi ittiham irəli sürüb. Həmin ittihamlar 2014-cü ildən etibarən Ukraynanın cənub-şərqində baş verən hadisələrlə əlaqələndirilir.