Tramp: İran ABŞ ilə ciddi danışıqlar aparır
Dünya
121
08:28, Bu gün

Tramp: İran ABŞ ilə ciddi danışıqlar aparır

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla ciddi danışıqlar apardığını bildirib.

Moderator.az xəbər verir ki, ABŞ lideri bunu Floridaya uçuş zamanı açıqlayıb.

“Onlar bizimlə danışıqlar aparırlar, ciddi danışıqlar”, - deyə Tramp jurnalistlərə Floridaya uçuş zamanı təyyarənin göyərtəsində açıqlama verib.

ABŞ lideri həmçinin tərəflərin Vaşinqton üçün məqbul olan razılaşma üzərində anlaşa biləcəklərinə ümid etdiyini deyib. Onun sözlərinə görə, ABŞ İranın qəbul edilə bilən bir razılaşmaya razılıq verməsini gözləyir.

Link kopyalandı!
Son xəbərlər