00:21
5°C
Bakı
Şənbə günü separatçılar Pakistanın Bəlucistan əyalətində bir necə hücum təşkil ediblər və nəticədə ən azı 10 təhlükəsizlik işçisi və 11 mülki şəxs həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Rəsmilər bildirib ki, hücumların yaratdığı qarşıdurmalarda onlarla yaraqlı öldürülüb. Ölənlərin sayı artıq 80-i keçib.
Pakistan on illərdir ki, Bəlucistanda separatçı üsyanla mübarizə aparır. Əfqanıstan və İranla həmsərhəd olan təbii sərvətlərlə zəngin əyalətdə təhlükəsizlik qüvvələri ilə tez-tez toqquşmalar baş verir.
Bəluc separatçıları əvvəllər hökumət qüvvələri ilə əməkdaşlıqda şübhəli bilinən mülki şəxsləri hədəfə alıblar.